Azərbaycanda ali təhsil alan ukraynalı tələbələrin sayı açıqlandı


GÜNDƏM 24 iyl 2021, 12:11
Ukraynadan Azərbaycana ali təhsil arxasınca gələn tələbələrin statistikası açıqlanıb.

Bu barədə “Report”un Şərqi Avropa bürosuna Ukrayna Ali Radasının “Xalqa xidmət” (“Sluqa naroda”) fraksiyasından olan deputatı, parlamentin Qanunvericilik alt komitəsinin sədri, Ukrayna-Azərbaycan parlamentlərarası işçi qrupunun üzvü Lyudmila Marçenko məlumat verib.

“Son 5 ildə Ukraynadan Azərbaycana gedən tələbə sayında artım dinamikası müşahidə edirik. Bu dinamika açıq şəkildə artacaq. Bu gün Təhsil Nazirliyinin mənə verdiyi məlumata görə, 1200 ukraynalı tələbə Azərbaycan universitetlərində təhsil alır. Ukrayna ilə Azərbaycan arasında tətbiq olunan sənədlər var, buna görə artım görürük. Bu gün ukraynalı tələbəyə Azərbaycan maraqlıdır, universitetlərdə səsləndirilən məlumatların formatı maraqlıdır və bu tələbələrə əmək bazarında tələbat var. Bu, Ukrayna ilə Azərbaycan arasında əlaqələrin inkişafı üçün doğru istiqamətlərdən biridir. Onlar əsasən mühəndislik ixtisasında oxuyurlar. Çünki Ukraynada bu sahəyə ehtiyac var”, - o qeyd edib.

Azərbaycanda ali təhsil alan ukraynalı tələbələrin sayı açıqlanıb - EKSKLÜZİV

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top