Oğuzda 60 nəfər zəhərləndi


HADİSƏ 23 iyl 2021, 16:18
Oğuzda baş verən hadisənin səbəbləri həmçinin qida zəhərlənməsi olub olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb.

AQTA-dan bildirilib ki, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

X X X 

Oğuz rayonunda zəhərlənən sakinlər xəstəxanaya müraciət edib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, dünən axşam saatlarından etibarən bu gün səhərə qədər 60 nəfərə yaxın rayon sakini qusma, mədə-bağırsaq pozulması və hərarətlə Oğuz Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Müraciət edənlərin hamısı Oğuz şəhər ərazisindən olub. Xəstəxanaya yerləşdirilənlərə ilkin tibbi yardım göstərilib və vəziyyətləri stabilləşən xəstələr evə buraxılıb.

Sakinlər arasında baş verən halsıqlığın nədən yaranması hələki bəlli deyil.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 sen 2021, 12:08
Top