ÇL: "Neftçi" "Olimpiakos"a uduzdu — YENİLƏNİB

İDMAN 22 iyl 2021, 00:55
"Neftçi" Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununa çıxıb.

Demokrat.az-ın xəbərinə görə, təmsilçimiz səfərdə Yunanıstan çempionu "Olimpiakos"la üz-üzə gəlib.

Gərgin mübarizə şəraitində keçən matçın taleyini bir qol həll edib. 29-cu dəqiqədə Madi Kamara qarşısıalınmaz zərbə ilə yunanlara qələbə qazandırıb. 

Qoldan sonra oyunun qəhrəmanı anti-qəhrəmana çevrilib. Belə ki, Kamara "Neftçi"nin forvardı Namiq Ələskərova qarşı kobudluğa görə meydandan qovulub. Lakin klubumuz say üstünlüyündən istifadə edə bilməyib. Əksinə, 63-cü dəqiqədə Mert Çelik qırmızı vərəqə ilə meydandakı futbolçuların sayına tarazlıq gətirib.

Cavab qarşılaşması bir həftə sonra Bakıda baş tutacaq. "Neftçi" rəqibini "Bakcell arena"da qəbul edəcək.


21 iyul

Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

"Olimpiakos" (Yunanıstan) - "Neftçi" (Azərbaycan) - 1:0
Qol: Madi Kamara, 29


Qırmızı vərəqələr: Madi Kamara, 44 ("Olimpiakos"), Mert Çelik, 63 ("Neftçi")
Baş hakim: Joao Pinyeyru (Portuqaliya)
Pirey, "Georgios Karaiskakis" stadionu.

Qeyd edək ki, bu cütün qalibi 3-cü təsnifat mərhələsində "Mura" (Sloveniya) - "Lüdoqorets" (Bolqarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək. Məğlub komanda isə Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Malmö" (İsveç) - HİK (Finlandiya) cütünün uduzan tərəfi ilə görüşəcək.

Zaur
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top