"Keşlə"nin ilk oyununu 500 azarkeş izləyəcək

İDMAN 19 iyl 2021, 20:12
"Keşlə"nin Rusiyada "Soçi" klubuna qarşı keçirəcəyi UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununa cəmi 500 azarkeş buraxılacaq.

Demokrat.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Vladimir Fedotov yerli radiolardan birinə açıqlamasında deyib.

55 yaşlı mütəxəssis bildirib ki, bu, ölkədə koronavirus pandemiyasına görə tətbiq olunan məhdudiyyətlərlə bağlıdır: "Qərarı anlayışla qarşılayırıq. Stadiona gələnlər bizim sadiq azarkeşlərimiz olacaq".

Qeyd edək ki, iyulun 29-da Soçidə keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top