Əməkdar artist: “Ərimdən Sevdaya görə yox, başqa qadına görə ayrıldım” — VİDEO

ŞOU-BİZNES 18 iyl 2021, 21:37
Əməkdar artist Ruhəngiz Musəvi uzun illər bir yerdə yaşayıb sonra ayrıldığı həyat yoldaşından danışıb.

Demokrat.az xəbər verir ki, “ATV” kanalında yayımlanan "Gündən-günə" proqramına qonaq olan sənətçi, ilk həyat yoldaşının ondan ayrıldıqdan sonra müğənni Sevda Əliqızı ilə evlənməsi məsələsinə aydınlıq gətirib:

"Bildilər-bilmədilər yazırlar. Əvvəla onu açıqlayım ki, ilk həyat yoldaşımdan özüm ayrıldım. Sevdaya görə ayrılmamışam. Xarici millətdən olan bir xanım var idi, o mənə onunla xəyanət etdi. Sonra istədi barışaq, razılaşmadım. Məndən sonra qohumu ilə evləndi, amma ondan da ayrıldı. Ondan sonra Sevda ilə evləndi. Sevda onun üçüncü xanımı olub. Onda mən də başqası ilə ailə qurdum".

Xatırladaq ki, Ruhəngiz Musəvinin ilk həyat yoldaşı idmançı Çingiz Eyvazovdur./Baku.ws
 

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top