Azərbaycan ordusuna qarşı atəşin tətiyini ruslar çəkib — ŞƏRH

QARABAĞ 11 iyl 2021, 17:58
“Rusiya Müdafiə Nazirliyinin Qarabağda qanunsuz erməni təxribatı ilə bağlı yaydığı məlumat Moskvadan cavab tələb edilməsi üçün ciddi əsaslar yaradır”.

Demokrat.az-ın xəbərinə görə, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib. 

Analitik bildirib ki, Rusiya yaydığı rəsmi məlumatda Xocavənd rayonunu ermənilərin verdiyi adla - “Martuni” kimi qeyd edir: 

“Rusiya Ermənistanı Qarabağda tərəf kimi göstərir. Halbuki, 10 noyabr bəyanatının 4-cü bəndinə əsasən bölgədəki qanunsuz erməni hərbi birləşmələr sülhməramlı kontingentin yerləşməsinə paralel olaraq çıxarılmalı idi. Bəyanatın yeganə bəndidir ki, indiyə qədər heç bir irəliləyiş olmayıb. Bunun səbəbləri haqda dəfələrlə yazmışıq. Rusiya MN-nin baş vermiş təxribatla bağlı son açıqlamasına aydınlıq gətirilməlidir. Hesab edirəm ki, Bakının son addımları fonunda isə Rusiyanın bu açıqlaması səbəbsiz deyil. Rəsmi Bakı üçtərəfli razılaşmaların bütün bəndlərinin icrasını tələb edir”. 

A.Nərimanlı vurğulayıb ki, ruslar erməni qoşunların çıxarılmasını bölgədə varlıqları üçün risk hesab edirlər: 

“Azərbaycan Dağlıq Qarabağ ifadəsini gündəmdən çıxarır. Prezidentin iqtisadi rayonlarla bağlı fərmanı ilə Bakı rus sülhməramlıların yerləşdiyi bölgələrin - Xankəndi, Xocalı, Xocavənd - taleyinə rəsmi şəkildə qərar verdi. Qarabağ iqtisadi rayonunun yaradılması ilə “Dağlıq Qarabağ” ifadəsi də ləğv edildi. Ruslar baş verənlərdən narahatdır və Bakıya bu açıqlama ilə mesaj verirlər. Və bu açıqlama o deməkdir ki, Azərbaycan ordusunun mövqelərinə doğru atəş açılması üçün tətiyi ruslar çəkib. Cavab mütləq olmalıdır”.

Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top