Polkovnik: "Azərbaycan Ordusu bu gün dövlətimizin, ölkə ictimaiyyətinin diqqət mərkəzindədir"

GÜNDƏM 30 iyn 2021, 16:40
“Müharibə başa çatsa da, Azərbaycan öz torpaqlarını azad etsə də, hələ də torpaqlarımıza qarşı iddialı olan qüvvələr var. Həmin qüvvələr böyük məğlubiyyət yaşasalar da, görünür dərs çıxara bilməyiblər. Təəssüf ki, hələ də təxribatlar törədilir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib.

O, müharibədən sonra Azərbaycanın ordu quruculuğunda yeni mərhələnin başlandığını bildirib:

Veteranlar həmişə ön sıradadırlar…” – Cəlil Xəlilov – AKTOR.AZ

“Azərbaycan beynəlxalq tədbirlərdə qonşuluq münasibətlərinin yaranması, sülh sazişinin imzalanması barədə mesajlar verir. Lakin Ermənistan hələ də nə beynəlxalq tələblərə riayət edir, nə də ərazi iddiasından tam əl çəkir. Ona görə də, Azərbaycan Ordusunun güclənməsinə, daha çevik, müasir qurulmasına, əla döyüş imkanına malik olmasına hər zaman ehtiyac var. Həyata keçiriləcək yeni tədbirlərlə Azərbaycan Ordusunun həm texniki imkanları günü-gündən genişlənəcək, həm də hərbi xidmətdə olan əsgər və zabitlərin təliminə xüsusi diqqət yetiriləcək. Prezident İlham Əliyev tərəfindən hərbi sahədə yeni müqavilələrin imzalanması, yeni növ silah-sursatın alınması prosesi başlayacaq. Azərbaycan Ordusu bu gün dövlətimizin, ölkə ictimaiyyətinin diqqət mərkəzindədir. Azərbaycan hərbi sahədə olan inkişafı davam etdirəcək. Həm sərhədlərin toxunulmaz olması, həm də hərbi təhlükəsizliyə tam təminat verilməsi üçün hərbi sahədə yeniliklər tətbiq ediləcək”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top