Bakıda 10 min manatlıq oğurluq edən dəstənin üzvləri ələ keçdi

KRİMİNAL 28 iyun 2021, 20:12
Bakıda anbar qarət olunub.

Demokrat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyunun 26-da Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini Ə.Kərimova məxsus anbardan 10 000 manat dəyərində 10 ədəd kondisioneri oğurlanıb.

Əlahiddə Çevik Polis Alayı və Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri C.Ağayev, İ.Ağayev, M.Zərbəliyev və Şirvan şəhər sakini F.Kərimov saxlanılıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyul 2025, 23:49
Top