İmişli bazarındakı yanğın söndürüldü — YENİLƏNİB+VİDEO

HADİSƏ 25 iyn 2021, 21:10
İmişli şəhərində yerləşən bazarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində məhdudlaşdırılaraq saat 20:30-də söndürülüb.

Demokrat.az
xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Əlavə məlumat veriləcək.

19:00
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə İmişli şəhəri ərazisindəki bazarda yanğın olması barədə məlumat daxil olub.


Demokrat.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, məlumat daxil olandan dərhal sonra nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Zaur
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top