Bakıda kişi betonlanmış çuxura yıxılıb öldü

HADİSƏ 23 iyn 2021, 22:34
Bakının Nəsimi rayonunda təmir-tikinti zamanı kişi hündürlükdən yıxılıb.

Demokrat.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, 1964-cü il təvəllüdlü Həsənov İlham İbaş oğlunun meyitinin götürülməsinə köməklik göstərilməsi üçün nazirliyə müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində İ.Həsənovun meyit tikinti sahəsindəki betonlanmış çuxurdan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top