"Mina xəritələrinin verilməsi insanların öz evlərinə qayıtmasını sürətləndirəcək" — Baş katib

QARABAĞ 22 iyn 2021, 22:29
"Azərbaycan ilə Ermənistan arasında 15 erməninin mina xəritələri müqabilində dəyişdirilməsini yüksək qiymətləndiririk. Münaqişə bölgəsindən olan bir şəxs kimi deyə bilərəm ki, minaların fəsadları 50 il, bəzən daha uzun davam edir, uşaqların, günahsız insanların həyatına son qoyur".

Demokrat.az
xəbər verir ki, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının sessiyası çərçivəsində Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun sualına cavabında bildirib.

"Əlbəttə, saxlanılan şəxslərin taleyi hər kəs üçün narahatlıq doğurur. Amma biz mina xəritələrini də unutmamalıyıq. Bu xəritələrin verilməsi və minaların təmizlənməsi insanların öz evlərinə qayıtmasını sürətləndirəcək. Buna görə də mən tərəflər arasında həyata keçirilmiş bu razılaşmanı dəstəkləyirəm və gələcəkdə də bu cür razılaşmaların olacağına ümid edirəm", - deyə Baş katib bildirib./Modern.az

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top