Əli Kərimli: “Ermənilər, hətta ağır hərbi məğlubiyyətdən sonra da Xocalı qatilini hakimiyyətə buraxmadı”

GÜNDƏM 21 iyn 2021, 11:49
“Paşinyan Köçəryana və onun arxasındakı Rusiyaya qalib gəldi. Səslərin hamısı sayıldıqdan sonra məlum olub ki, Paşinyanın partiyası 53.92%, onun əsas rəqibi Köçəryanın seçki bloku isə 21.04% səs toplayıb. Azərbaycan ordusu qarşısında yaşadığı hərbi məğlubiyyətə və Rusiyanın bütün gücü ilə Köçəryanı dəstəkləməsinə rəğmən erməni xalqı Paşinyana sahib çıxdı”.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyib.

Ə.Kərimli bildirib ki, ermənilər, hətta bu ağır hərbi məğlubiyyətdən sonra da Xocalı qatili, korrupsioner, oğru, avtoritar Köçəryanı hakimiyyətə buraxmadı:

“Moldavanların, gürcülərin ardınca ermənilər də sübut etdilər ki, xalqlar istəyəndə artıq bu coğrafiyada da Rusiyanın istəmədiyi siyasi qüvvə hakimiyyətə gələ və hakimiyyətdə qala bilir”.

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top