Peskov: “Rusiya Qarabağdakı vəziyyətlə bağlı bütün tərəflərlə təmasdadır”


QARABAĞ 18 iyn 2021, 14:30
Rusiya Qarabağda vəziyyəti sabitləşdirmək üçün Türkiyə, Ermənistan və Azərbaycanla sıx təmasdadır.

TASS-ın məlumatına görə, bu barədə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Biz Ankara, Bakı və İrəvanla sıx təmasdayıq. Hesab edirik ki, hər bir addım Cənubi Qafqazda vəziyyətin daha da sabitləşməsinə, infrastrukturun inkişafına, nəqliyyat logistikasına və vəziyyəti ümumilikdə  düzəlməsinə kömək etməlidir, heç bir halda gərginliyin artmasına səbəb ola biləcək elementi özündə ehtiva etməməlidir”, - deyə Kremlin sözçüsü bildirib.(oxu.az)

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyl 2021, 19:28
Top