Tahir Budaqov Qulam İsakzai ilə görüşdü — FOTOLAR

DAXİLİ SİYASƏT 17 iyn 2021, 17:00
İyunun 17-də Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb.

Demokrat.az xəbər verir ki, görüşdə son illər ərzində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə BMT qurumları arasındakı əməkdaşlıqdan danışılıb, bu əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlərin, xüsusilə də Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli Məlumatlandırma Portalının, “Milli Dayanıqlı İnkişaf Məqsədlərinin Monitorinq Sistemləri üzrə BMT-DSK Birgə İşçi Qrupu”nun yaradılmasının, “Azərbaycan kontekstində Dayanıqlı İnkişaf Məqsədləri üzrə məlumatların dezaqreqasiyası” mövzusunda beynəlxalq seminarın təşkilinin ölkə statistikasının inkişafı istiqamətində mühüm addımlardan olduğu bildirilib.

Tədbirdə həmçinin BMT-nin Ölkə üzrə İdarə Heyəti (UNCT) və Dövlət Statistika Komitəsi arasındakı əməkdaşlıq çərçivəsində hazırlanmış “DİM-lər üçün məlumatların dezaqreqasiyası” adlı praktiki vəsaitin təqdimatı da keçirilib.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top