Braziliyada şəhid jurnalistlərlə bağlı bəyanat yayıldı

DİASPOR 14 iyn 2021, 21:48
Braziliyanın Federal Ştatı və Ətraf Bölgələrin İcma Rabitə Vasitələri və Elektron Mediaları Birliyinin (ASVECOM) Prezidenti Evaldo Brito azərbaycanlı jurnalistlər Sirac Abışov və Məhərrəm İbrahimovun həlak olması ilə bağlı bəyanat yayıb.
 
Demokrat.az
-ın məlumatına görə, bəyanatda deyilir:
 
"Federal Ştat və Ətraf Bölgələrin İcma Rabitə Vasitələri və Elektron Kütlələri Birliyi - ASVECOM, beynəlxalq qanunvericilik və o cümlədən 1949-cu ildən Cenevrə konvensiyasını kobud şəkildə pozan, 4 iyun 2021-ci Azərbaycan ərazilərinin Kəlbəcər bölgəsindəki Susuzluq yolunda, qonşu ölkə - Ermənistan tərəfindən qurulmuş tank əleyhinə minanın partlayışının qurbanları jurnalistlər Sirac Abışov - Azərbaycan televiziya operatoru və Azərbaycan Dövlət Xəbər Agentliyinin müxbiri Məhərrəm İbrahimova qarşı törədilən zorakılığı açıq şəkildə qınayır.

Bu peşəkarların ölümü mətbuat və söz azadlığına açıq bir hücumdur.

ASVECOM, onların ailə üzvlərinə, dostlarına, iş yoldaşlarına və bütün Azərbaycan xalqına bu ağrılı, həyəcanlı və kədərli anda dərin hüznünü bildirir və rəğbət bəsləyir.

Jurnalistlər Sirac Abışov və Məhərrəm İbrahimovun ölümü vəziyyətin ciddiliyini vurğulayır və təcili tədbirlər tələb edir. Beynəlxalq mətbuat peşəkarlarını təmsil edən qurumlar yalnız Azərbaycan Respublikasında yox, bütün dünyada məlumat və əlaqələndirmə işlərini sual altina qoyan, qorxu yeridən bütün bu kimi zorakılığın sona gətirilməsinə öz töhfələrini verməlidirlər.

Federal Ştat və Ətraf Bölgələrin İcma Rabitə Vasitələri və Elektron Kütlələri Birliyi - ASVECOM, Ermənistan hökumətindən beynəlxalq qanunvericilikdə nəzərdə tutulmuş öhdəliklərinin yerinə yetirilməsini, tank əleyhinə minaların çıxarılması və ya bu əşyaların yerləşdiyi xəritələrin təqdim etməklə onların ləğv edilməsini xahiş edir və bununla da, mətbuat işçiləri daxil olmaqla, mülki əhalinin öz vacib funksiyalarını həyata keçirmələrində həyatlarına yarana biləcək risklərə son qoyulsun".

https://www.asvecom.com.br/2021/06/nota-de-repudio-violencia-praticada.html 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top