Gəncədə yanğında xəsarət alanlardan ikisi öldü

HADİSƏ 13 iyn 2021, 14:21
İyunun 12-də Gəncədə Heydər Əliyev prospektində yerləşən dördmərtəbəli binanın sonuncu mərtəbəsindəki mənzildə baş vermiş yanğın nəticəsində xəsarət alan üç nəfərdən ikisi həyatını itirib.

Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, 59 yaşlı Ruzigar Rzayev və 40 yaşlı Mirmehdi Cabbarov Bakıda müalicə aldıqları xəstəxanada vəfat ediblər. 

Digər xəsarət alan 55 yaşlı İradə Rzayevanın vəziyyətinin orta ağır olduğu bildirilir.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top