Azərbaycan Tokio olimpiadasına daha bir lisenziya qazandı

İDMAN 12 iyun 2021, 22:48
Azərbaycan yığmasının ağırlıqqaldıranı Əliş Nəzərov Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Demokrat.az xəbər verir ki, o, lisenziya xalı verən 6 beynəlxalq yarışda göstərdiyi yüksək nəticələrə əsasən bu uğura nail olub.

Nəzərov “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirməsidir. O, eyni zamanda bu idman növü üzrə ən gənc beynəlxalq dərəcəli hakimdir.

Qeyd edək ki, Tokio olimpiadası 23 iyul - 8 avqustda keçirilməlidir.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top