"Azərbaycanın növbəti dəfə mötəbər idman yarışlarına ev sahibliyi etməklə tanınması turizm sektorunun inkişafına təkan verəcək. Böyük tədbirlərə ev sahibliyi məsələsinə gəlincə, Azərbaycana ciddi əhəmiyyət verilməsi ölkəmizin həm də siyasi cəhətdən təhlükəsiz olması ilə əlaqədardır".
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov Azərbaycanın Avropa Çempionatının 4 oyununa ev sahibliyi etməsinin əhəmiyyətindən danışarkən deyib.
Deputat bildirib ki, futbol üzrə Avropa Çempionatının oyunlarının Azərbaycanda keçirilməsi ələmətdar hadisədir: "Oyun təşkilatçılarına verilən rəy çox önəmlidir. Azərbaycan bu gün dünyanın ən təhlükəsiz, sakit və sabitliyi qoruyan ölkələrindən biridir. Oyunların Azərbaycanda keçirilməsi, ilk növbədə, artıq uzun müddətdir ki, iflic vəziyyətinə düşən turizm sektorunun dirçəlməsinə təkan verəcək. Çünki oyunlar çərçivəsində ölkəmizə çoxlu sayda turistlər gəlir. Bakıda keçirilən futbol matçı dünyanın bir çox yerlərində izləniləniləcək. Beləliklə, Azərbaycanın növbəti dəfə belə mötəbər idman yarışlarına ev sahibliyi etməklə tanınması turizm sektorunun inkişafına təkan verəcək. Təkcə futbol oyunları deyil, eyni zamanda "Formula 1" kimi beynəlxalq tədbirlərin ölkəmiz üçün həm iqtisadi, həm də siyasi əhəmiyyəti var. Azərbaycan bu gün dünyada nüfuzlu dövlətə çevrilib. Böyük tədbirlərə ev sahibliyi məsələsinə gəlincə, Azərbaycana ciddi əhəmiyyət verilməsi ölkəmizin həm də siyasi cəhətdən təhlükəsiz olması ilə bağlıdır".
Qeyd: 2021-ci il futbol üzrə Avropa çempionatının 4 oyunu (üç qrup və bir ¼ oyunu) Bakıda keçiriləcək.
Demokrat.az