"Formula 2": Sıralama turunun qalibi bəlli oldu — YENİLƏNİB

İDMAN 04 iyn 2021, 15:05
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sıralama turu başa çatıb.

Demokrat.az
xəbər verir ki, "Hitech Grand Prix" komandasından Liam Lavson bütün rəqiblərini qabaqlayaraq birinci olub.

Onun komanda yoldaşı Yuri Vips ikinci, "Prema Racing"də Oskar Piastri üçüncü yeri tutub.

Səhər saatlarında keçirilmiş sərbəst yürüşü Yuri Vips qazanıb.

Qeyd edək ki, iyunun 5-də "Formula 2"də iki sprint yarışı, iyunun 6-da isə əsas mərhələ gerçəkləşəcək.

***14:31

“Formula-2” üzrə Azərbaycan Qran-prisində sıralama turu başlayıb.


Demokrat.az xəbər verir ki, yarış 15:00-dək davam edəcək.

Səhər saatlarında keçirilmiş sərbəst yürüşü "Hitech Grand Prix" komandasından Yuri Vips qazanıb.

Qeyd edək ki, iyunun 5-də "Formula 2"də iki sprint yarışı, iyunun 6-da isə əsas mərhələ gerçəkləşəcək.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top