İsmayıllıda bağça uşaqları ilə qazilərin görüşü oldu — FOTO

SOSİAL 03 iyn 2021, 23:14
İsmayıllı şəhər 1 saylı uşaq bağçasında  I və II Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş qazilərlə görüş keçirilib.

Görüşə dəvət edilən qonaqlar arasında rayonun rəhbəri, RİH-nin və RTŞ-nın məsul əməkdaşları olub.

Tədbir Azərbaycan Dövlət himni ilə başlayıb. Körpə fidanların balacalar bir-birindən maraqlı şeirlər, rəqslər və mahnılarla məharətlərini göstəriblər. Bağçanın balaca fidanlari tərəfindən qazilərimizə hədiyyələr təqdim olunub.

Tədbirdə çıxış edən rayon rəhbəri vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərimizin,döyüşlərdə göstərdikləri qəhrəmanlıqardan danışıb, onların ailələrinə və bizə əmanət qalan övladlarına qayğı ilə yanaşıldığını vurğulayıb.

Onu da qeyd edib ki, 44 günlük müharibədə İsmayıllıların qəhrəmanlıqlarından qürur duyduğunu, bu qüruru yaşatdıqları üçün rayon ictimaiyyəti və öz adından qazilərə minnətdar olduqlarını bildirib və şəhidlərimizə Allahdan rəhmət diləyib. Qeyd edib ki, Azərbaycan dövləti vətən üçün canlarından keçənləri, sağlamlıqlarını itirənləri heç vaxt unutmayacaqdır.

Tədbirin sonunda 1 saylı körpələr evi uşaq bağçasının səmərəli fəaliyyəti dəyəndirilib, fəxri fərmanla təltif edilib.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.No description available.
No description available.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top