"Formula 1" yarışlarının Bakıda keçirilməsinin çox böyük əhəmiyyəti var — AÇIQLAMA

GÜNDƏM 03 iyn 2021, 12:37
"Dünyada bu qədər populyarlıq qazanmış "Formula 1" kimi beynəlxalq idman yarışının Bakıda təşkil olunması ölkəmiz üçün ciddi iqtisadi dividentlər qazandırır".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.



Deputat bildirib ki, bu cür əhəmiyyətli idman yarışlarına ev sahibliyi etmək hər bir dövlətin beynəlxalq nüfuzunun göstəricisidir: "Bu, dövlətin kifayət qədər tanınması, müsbət imicinin formalaşması baxımından vacib məsələlərdən biridir. Dünyada bu qədər populyarlıq qazanmış "Formula 1" kimi beynəlxalq idman yarışının Bakıda təşkil olunması, əlbəttə ki, ölkəmiz üçün ciddi iqtisadi dividentlər qazandırır. Belə yarışlar zamanı ev sahibi olmaq turizmin inkişafı, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin təbliği baxımından olduqca əhəmiyyətlidir və bu, qonaqpərvərliyimizi, dünya xalqları arasında yüksək inkişaf etmiş bir xalq olduğumuzu beynəlxalq ictimaiyyətə nümayiş etdirir. Vacib deyil ki, "Formula 1" azarkeşlərinin hər biri yarışları Azərbaycanda canlı şəkildə izləsinlər. Bu, pandemiya şəraitində ümumiyyətlə mümkün deyil. Əsas odur ki, eyni vaxtda dünyanın yüzlərlə ölkəsində televiziya və internet kanalları, sosial şəbəkələr Azərbaycanı göstərəcək, dünyanın gözü Azərbaycanda olacaq. Nəticədə, izləyicilər Azərbaycan adlı ölkənin harada yerləşməsi, hansı tarixi köklərə malik olması, şəhərin arxitekturası barədə məlumatlı olacaq və bir daha ölkəmizin müsbət imici formalaşacaq. Hesab edirəm ki, müəyyən ərazilərdə yolların bağlanması ilə əlaqədar olaraq vətəndaşlarımızın gediş-gəlişi üçün cüzi çətinliklər yaransa da, xalqımız belə yarışların təşkilini doğru və təmkinlə qarşılayır. Qısacası, "Formula 1" yarışlarının Bakıda keçirilməsinin çox böyük əhəmiyyəti var".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top