"Prezident Ağdama səfəri zamanı ermənilərə və beynəlxalq ictimaiyyətə bir sıra önəmli mesajlar verib"

GÜNDƏM 31 may 2021, 12:21
"Prezident İlham Əliyevin mayın 28-də baş tutmuş Ağdama səfəri zamanı önəmli çıxışlar edib, ermənilərə və beynəlxalq ictimaiyyətə bir sıra mesajlar verib. 

Prezident Ermənistanla bağlı verdiyi vacib açıqlamalarından birində qeyd etdi ki, bu ölkə 30 il əvvəl formal şəkildə öz müstəqilliyini elan etsə də, əslində real olaraq heç zaman müstəqil olmayıb, yalnız bu və ya digər dövlətlərdən, yaxud da erməni lobbisi və diasporlarından aldığı ianələr hesabına mövcud olub. Bu səbəbdən Ermənistan heç zaman müstəqil siyasət həyata keçirə bilməyib. Cənab İlham Əliyev bildirib ki, faktiki olaraq, Ermənistan müstəqil yaşamaq imkanına malik olmayıb, onlar kiminsə hesabına müəyyən ambisiyalarını həyata keçirməyə vərdiş ediblər. Bu gün də Ermənistan yeritdiyi bu siyasətin girovuna çevrilib. Daim kömək axtarır, üzləşdiyi problemləri həll etmək istəyir. Qeyd etmək lazımdır ki, Ermənistanın bu münasibəti Azərbaycanla sərhəddə yaratdıqları insidentdə də özünü göstərir. Onlar yenə də müxtəlif ölkələrdən yardım istəyir, hətta hərbi yardımlar üçün müraciət edirlər. Lakin bunların heç birinin nəticəsi olmayacaq, çünki əməkdaşlığın alternativi yoxdur".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat bildirib ki, qarşıdurma Ermənistan üçün yaxşı heç nə vəd etmir: "Cənab Prezidentin vurğuladığı kimi, Ermənistan ağır iqtisadi durumla üz-üzədir, ordusu darmadağın edilib, 10 mindən çox fərarisi var. Belə olan halda, Azərbaycanla hərbi ritorika ilə danışmaq ağılsızlıqdan başqa bir şey deyil. Azərbaycan mövcud problemlərin dinc yolla həllini istəyir, delimitasiya və demarkasiya məsələlərinin də danışıqlar yolu ilə həllinə can atır".

E.Nəsirovun sözlərinə görə, ermənilər təxribatçı davranışlardan əl çəkməsələr, ərazi iddialarını ortaya qoysalar, "dəmir yumruq" işə düşəcək: "Yəni biz problemi həm dinc yolla, həm də güc tətbiq edərək həll etmək iqtidarındayıq. Ağdam səfəri zamanı Prezident həmçinin Ermənistanda faşizmin qəhrəmanlaşdırıldığını, Qaregin Njdeyə heykəl qoyduqlarını qeyd edib. İlham Əliyev bildirib ki, faktiki olaraq,  Azərbaycan bu gün Ermənistan faşizmi ilə mübarizə aparmaqla, dünyada faşizm meyillərinin yaranmasına qarşı da mübarizə aparmış olur. Yəni bu, təkcə regional məna daşımır, həmçinin qlobal mahiyyət və məzmun kəsb edən məsələdir".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top