Lukaşenkoya daha bir zərbə — Avropa quru sərhədləri də bağladı

DÜNYA 30 may 2021, 19:06
Belarus prezidenti Aleksandr Lukaşenkonun "Ryanair" hava şirkətinə məxsus təyyarəni hədələyərək, Minskə endirib müxalif jurnalisti həbs etməsi ölkəni daha bir problemlə üz-üzə qoyub. Məhz bundan sonra  bir sıra aviaşirkətlər Belarusun hava sərhəddindən istifafədən imtina ediblər.

Demokrat.az-ın xəbərinə görə, Eyni zamanda Belarus hava yollarına məxsus təyyarələrin də Avropa Birliyinə icazə verilmir. 

Bu gün isə artıq Avropa Birliyi Belarusla quru əlaqəsini də dayandırıb. Belə ki, ölkəyə məxsus yük maşınları Avropa Birliyinə buraxılmır.

Lukaşenko isə Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşüb, dənizdə çimərək “Biz də Krıma uçarıq” mesajı verir. Amma görünən odur ki, durum ciddidir və Lukaşenkonun bu krizisdən xilas olması mümkünsüzdür. Vladimir Putin isə onu xilas etməyə çalışır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top