Şuşada universitet yaradılması təklif edilir

GÜNDƏM 27 may 2021, 12:28
Deputat Fəzail Ağamalı Şuşa şəhərində Şuşa Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təsis edilməsini təklif edib. 

Demokrat.az xəbər verir ki, F. Ağamalı parlamentdə çıxışında həmçinin qeyd edib ki, Şuşanın ətrafında olan ərazilər Azərbaycanın konservatoriyası adlanır: “Bakıya gələn gənclərin Şuşa şəhərində təhsil alması ölkəmizin mədəni inkişafına təsir edər”.

Eyni zamanda deputat Şuşanın ən görkəmli yerlərində Silahlı Qüvvələrimizin xatirə kompleksinin yaradılmasını da təklif edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top