Ölkədə peyvənd olunanların sayı 2 milyona çatır

SOSİAL 24 may 2021, 19:25
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 115 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 93 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 987 084, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 134 398, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 852 686 təşkil edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top