Polşa Türkiyədən “Bayraktar” PUA-ları alacaq

DÜNYA 23 may 2021, 02:14
Polşa Türkiyədən 24 ədəd tank əleyhinə raketlərlə silahlanmış pilotsuz uçuş aparatı almağa qərar verib.

Bu barədə TASS Polşanın Müdafiə naziri Mariuş Blaszaka istinadən yazıb.

Müdafiə naziri “Bayraktar” tipli PUA alacaqlarını bildirib. 

O, sözügedən silahın olduqca effektli olduğunu və təcavüzkarları qorxutduğunu qeyd edib.

Blaszakın sözlərinə görə, PUA-ların alışı ilə bağlı müqavilə bazar ertəsi başlayacaq Polşa Prezidenti Anjey Dudanın Türkiyəyə səfəri zamanı imzalanacaq.

“İlk komplekt Polşa ordusuna bir il sonra 2022-ci ildə təhvil veriləcək”, - deyə nazir bildirib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top