Deputat: “Azərbaycanın "dəmir yumruğ"undan sonra erməni rəhbərliyi reallığı anlamaqdadır”

GÜNDƏM 22 may 2021, 13:42
"Məcburetmə tədbirlərinə məruz qalmamaq üçün Ermənistan ərazi bütövlüyümüzü tanımalı və əməkdaşlıq üçün hazır olan Azərbaycanın sülh təşəbbüslərinə dəstək verməlidir. Bu, daha çox elə səfil duruma düşmüş ermənilərin özlərinə lazımdır".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Deputat bildirib ki, Azərbaycan ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək niyyətini ən ali formada rəsmən bəyan edib: "Biz məğlub etdiyimiz Ermənistanla şərtlərimizi qəbul edəcəyi halda bölgənin rifahı naminə əməkdaşlığa hazırıq. Bilirsiniz ki, Azərbaycan Ermənistanla artıq başa çatmış münaqişənin nə təşəbbüskarı, nə də tərəfdarı olub. Müharibəni zamanında Ermənistan başladı, işğal və təcavüz siyasəti həyata keçirdi, bütün bunlara baxmayaraq, biz 30 ilə yaxın bir dövrdə sülhə ümid edib dözdük. Baxmayaraq ki, BMT nizamnaməsinin azı 2 maddəsi ilə ərazilərimizi güc yolu ilə azad etmək hüququmuz var idi, amma hətta 44 günlük müharibəni belə biz başlatmadıq, ermənilər yeni müharibə və yeni ərazilər iddiası ilə Xəzər dənizinə çıxış əldə etmək üçün iyulda, avqustda və sentyabrda təxribatlar törətdi və müzəffər Ali Baş Komandan da əks hücum əmri verdi. Əməliyyatlar da Humanitar hüququn bütün qayda və tələblərinə tam əməl olunmaqla həyata keçirildi. Erməni rəhbərliyi uzun illər erməni xalqını aldadıb, elə erməni cəmiyyəti özü də bu yalanda maraqlı olub, çünki onların qanı və ruhu zərərli hay ideologiyası ilə zəhərlənib".

B.Məhərrəmovun sözlərinə görə, Azərbaycanın "Dəmir yumruğ"undan sonra erməni rəhbərliyi artıq eyforiyadan ayılıb, reallığı anlamaqdadır: "Prezident İlham Əliyevin də çıxışında qeyd etdiyi kimi, Ermənistan səhv etdiyini başa düşüb. Lakin kütlələrin zəhərli baxışları, vaxtı ilə istər Paşinyan, istər əvvəlki iqtidarların yalan təbliğatları bu gün onlara rahat geri çəkilməyə imkan vermir. Həmçinin Soros imperializmi, habelə, cinayətkar mahiyyətli erməni diaspora təşkilatları kimi kənar qüvvələr Ermənistana bu dalandan qurtulmağa imkan vermirlər. Lakin bilməlidirlər ki, bizim səbrimiz sonsuz deyil, Azərbaycan bölgədə onsuz da öz maraqlarını təmin edəcək güc, imkan və əlaqələrə sahibdir".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top