Vətən müharibəsi iştirakçısı vəfat etdi

HADİSƏ 16 may 2021, 10:54
Vətən müharibəsi iştirakçısı, 1993-cü il təvəllüdlü Ağdaş rayon Qarağan kənd sakini Niyazi Gündüz oğlu İbrahimli vəfat edib.

Bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, o, N.İbrahimli mayın 14-də dünyasını dəyişib.

Qeyd edilib ki, Niyazi İbrahimli Vətən müharibəsindən qayıtdıqdan sonra bir müddət ürəyindən müalicə olunub. Mayın 14-də onun ürəyində yenidən problem yaranıb və Bakıda xəstəxanalardan birinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, N.İbrahimli orada vəfat edib.

Qeyd edək ki, N.İbrahimli Vətən müharibəsi başlayan zaman könüllü olaraq ordu sıralarına qatılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top