Qəzaya düşən avtomobilə baxan sürücü özü də qəza törətdi


HADİSƏ 13 may 2021, 18:15
Göygöl rayonunda eyni ərazidə xəsarətlə nəticələnən iki avtomobil qəzası olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Çaykənd-Toğana avtomobil yolunda qeydə alınıb.

Belə ki, "Hyundai" markalı minik avtomobilinin anidən təkəri partlayıb və əvvəlcə qarşıda hərəkətdə olan avtomobilə, daha sonra isə yol kənarındakı meneəyə çırpılıb. Qəza nəticəsində sərnişin, 1991-ci il təvəllüdlü Aysel Rzayeva xəsarət alıb.

Bundan əlavə, həmin ərazidən keçən daha bir avtomobilin sürücüsü baş vermiş yol-nəqliyyat hadisəsinə baxan zaman idarəetməni itirib və nəticədə onun idarə etdiyi "Mercedes" markalı avtomobil aşıb. Həmin qəzada isə bir nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 iyn 2021, 18:28
Top