Ukrayna hərbi dəniz qüvvələri “Bayraktar”dan istifadəyə hazırlaşır

DÜNYA 13 may 2021, 10:45
Ukraynanın hərbi dəniz qüvvələri bu il “Bayraktar” pilotsuz uçuş aparatının ilk partiyasını alacaq.

Bu barədə “Ukrayna 30. Təhlükəsizlik ölkə” adlı forumda çıxışı zamanı Ukraynanın Hərbi Dəniz Qüvvələri komandanı, kontr-admiral Aleksey Neijpapa məlumat verib.

Onun sözlərinə görə, “Bayraktar” pilotsuz uçuş aparatları Qara və Azov dənizlərinin təhlükəsizliyi üçün istifadə ediləcək.

“Biz gələcəkdə Ukrayna hərbi dəniz qüvvələri üçün pilotsuz uçuş aparatlarından daha çox istifadəyə diqqət ayıracağıq”, – deyə Aleksey Neijpapa əlavə edib.(azpost.info)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top