Kazan məktəblilərinin qatili həbs olundu

DÜNYA 12 may 2021, 23:37
Kazan məktəbində şagird və müəllimləri güllələməkdə təqsirləndirilən İlhaz Qələviyev məhkəmə qarşısına çıxarılıb.

Demokrat.az
xəbər verir ki, o, məhkəmədə günahını etiraf edib.

Məktəb binasında ən az 17 dəfə atəş açan müttəhim heç bir ağır xəstəliyinin olmadığını bildirib. 

Məhkəmənin qərarı ilə Qələviyev istintaq müddətində 2 aylıq azadlıqdan məhrum edilib.

Qeyd edək ki, faciə ötən gün baş verib. Son məlumata görə, məktəbə silahlı hücum zamanı 11 nəfər həlak olub, daha 23 nəfər xəsarət alıb.

Cinayətkarı ömürlük azadlıqdan məhrumetmə cəzasının gözlədiyi bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top