Bakıda zəbt olunmuş növbəti piyada səkisi — FOTO

SOSİAL 12 may 2021, 20:19
Piyada səkisinin zəbt olunması ilə bağlı növbəti hal paytaxtın Xətai rayonunun Xudu Məmmədov küçəsində qeydə alınıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumatda bildirilir: “Hər bir belə qanunsuz hal tərəfimizdən aşkar edilərək aradan qaldırılması üçün zəruri addımlar atılır. Vətəndaşlardan xahiş edirik ki, səkilərin zəbt olunması halları ilə rastlaşdıqda bu barədə Bakı Nəqliyyat Agentliyinə məlumat versinlər. Həmçinin bu cür qanunsuz əməllərə yol verənləri ictimai qınağa çəkməyə çağırırıq”.




 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top