Deputat: “Prezident İlham Əliyev qətiyyətlidir, Qarabağla bağlı nöqtəni qoyub”

GÜNDƏM 12 may 2021, 13:16
“Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri çox əhəmiyyətlidir. Dövlət başçısı Vətən Müharibəsindən sonra ulu öndər Heydər Əliyevin doğum günündə Naxçıvana səfərində babasının, şəhidlərin məzarlarını ziyarət etdi. Prezident bir sıra obyektlərin açılışında iştirak etdi. İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsinə mühüm mesajlar verib”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

Deputat bildirib ki, dövlət başçısı Ermənistana xəbərdarlıq edib: “Mesajların ən önəmlilərindən biri Qarabağın statusu ilə bağlı idi. Prezident qeyd etdi ki, müharibə başa çatıb, Qarabağda hər hansı statusdan söhbət gedə bilməz. Dövlət başçısı bildirdi ki, heç kəs Zəngəzur dəhlizinin açılmasını ləngidə bilməz, dəhliz açılmalıdır və açılacaq. Bu, Ermənistan istəməsə də, olacaq. Artıq, işlər davam etdirilir. Ali Baş Komandan xüsusi vurğuladı ki, Naxçıvan hərbi qüdrəti ilə hər zaman seçilib, ərazinin təhlükəsizliyi yüksək səviyyədə təmin edilib. Günnütün Azərbaycanın nəzarətinə keçməsi ilə Qarabağla Ermənistan arasındakı yollara nəzarət imkanı verib. Ali Baş Komandan bir daha qeyd etdi ki, Ermənistanda revanşist qüvvələr baş qaldırarlarsa, başları əziləcək, “dəmir yumruq” yerindədir. İlham Əliyev Ermənistanın havadarlarına, Fransaya, Kanadaya da cavab verdi. Ölkə başçısı qətiyyətlidir, Qarabağla bağlı nöqtəni qoyub”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top