Bakıda I qrup əlil bıçaqlandı

KRİMİNAL 11 may 2021, 23:40
Bakıda bıçaqlanma hadisəsi baş verib.

Demokrat.az
-ın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. 

Biləcəri qəsəbəsində 1973-cü il təvəllüdlü Hacıyev Məhəmmədəli İsgəndər oğlu tanışı ilə mübahisə zəminində bıçaqlanıb. 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. 

Müayinə zamanı onun qarın boşluğunun ön divarında bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.(Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top