Türkiyə XİN: Dost Rusiya Federasiyasına dərin hüznlə başsağlığı veririk

DÜNYA 11 may 2021, 17:10
Türkiyə Xarici İşlər Nazirliyi Rusiyanın Kazan şəhərində çox sayda insanın ölümünə səbəb olan silahlı terror aktını qınayan bəyanat yayıb.

“Report”un Türkiyə bürosu xəbər verir ki, nazirlik bəyanatında bu mənfur hücumda həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara şəfa diləyib.

“Dost Rusiya Federasiyasına və Tatarıstan xalqına dərin hüznlə başsağlığı veririk”, - XİN-in bəyanatında qeyd olunur.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top