Azərbaycana qar yağdı


SOSİAL 11 may 2021, 09:22
Yazın son ayında Qax rayonunun Sarıbaş kəndinə qar yağıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, mayın 9-da axşam saatlarından başlayaraq Azərbaycanın şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürüb.

Bölgədə, küləklə müşahidə olunan yağış yağıb, havanın temperaturu aşağı düşüb. Gecə saatlarında isə dağlıq ərazilərə qar yağıb.

Qar Azərbaycanın üç ən ucqar, Qax rayonunun isə ən ucqar dağ kəndi olan Sarıbaş kəndinə yağıb.

Qeyd edək ki, Sarıbaş kəndi dəniz səviyyəsindən 1 700 metr yüksəklikdə yerləşir.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top