Rusiyalı müxbirin sualı Paşinyanı təəccübləndirdi — VİDEO


DÜNYA 30 apr 2021, 15:39
Ermənistanın müvəqqəti baş naziri Nikol Paşinyan Rusiyanın Kazan şəhərinə səfəri vaxtı “İzvestiya” qəzetinin müxbirinin gözlənilməz sualı ilə qarşılaşıb.

Demokrat.az xəbər verir ki, bəhs edilən görüntülərdə jurnalist ona müavini Tiqran Avinyanın Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra baş nazir olacağını iddia edərək sual ünvanlayıb. Paşinyan bu sözləri eşidib təəccüblə cavab vermək istəyib ancaq, jurnalist “Tiqran Avinyan baş nazir olacağı halda Rusiya ilə hansı münasibətlər quracaq?”-deyə davam edib. Paşinyan isə “Tiqran Avinyan mənim siyasi tərəfdaşımdır. Düşünürəm ki, biz seçkilərə birlikdə gedəcəyik və aramızda fikir ayrılıqları olmayacaq”-deyə cavab verib.

Həmin görüntüləri təqdim edirik:(yeniavaz.com)



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top