Rusiya 20 Çex diplomatını ölkədən qovdu

DÜNYA 18 apr 2021, 23:22
Rəsmi Moskva Rusiya diplomatlarının Çexiyadan çıxarılmasına anoloji qərarla cavab verib.

Demokrat.az Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, Çex Respublikasının Moskvadakı səfirliyinin 20 əməkdaşı “persona non qrata” elan edilib.

Onlar Rusiyanı 19 aprelə qədər tərk etməlidirlər.

Bundan əvvəl Çexiya respublikasının fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka rəsmi Praqanın rus diplomatları ölkədən çıxaracağı ilə bağlı bəyanatından sonra Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top