Gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlandı

HADİSƏ 11 apr 2021, 11:43
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Demokrat.az-a verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşları rayonun Sarıcalar kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.

Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, 3 nəfər barəsində inzibati qaydada protokol tərtib edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top