SMS icazə ilə bağlı VACİB AÇIQLAMA

SOSİAL 02 apr 2021, 12:47
"SMS icazələrin necə aparılması çox çətin mövzudur”.
 
Bunu tibbi ekspert, professor Adil Qeybulla deyib. O bildirib ki, həmin məsələ epidemioloji vəziyyətdən asılı olacaq: "Hələlik bu, müzakirə mövzusudur. Əgər vəziyyət pisləşəcəksə, təbii ki, məhdudiyyətlər də artacaq”.
 
Mütəxəssis vaksiyasiya olunan şəxslərin SMS icazə sistemi, o cümlədən digər bəzi məhdudiyyətlərdən azad olunma ehtimalından da söz açıb:
 
"Peyvənd vurduran şəxslərdə ilkin vaksinasiyadan 42 gündən sonra, ikinci də olmaq şərtilə, immunitet formalaşır. Vaksin olunan şəxs əlində vaksin pasportu olarsa və o cümlədən ay yarım vaxt keçərsə, o, müəyyən məhdudiyyətlərdən azad edilə bilər. Məntiqi qayda-qanun belə olmalıdır”.
 
Qeyd edək ki, yerli medianın məlumatına görə, bəzi şirkətlərdə şəxsiyyət vəsiqələri toplanır. Buna səbəb son günlər koronavirusa yoluxmada müşahidə olunan kəskin artım və bunun yaratdığı "karantin təhlükəsi”dir. Artıq bəzi şirkətlər aprelin 5-dən SMS-icazə tətbiq ediləcəyi ilə bağlı işçilərinə xəbərdarlıq ediblər.(sfera.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top