Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak oldu

HADİSƏ 30 mar 2021, 17:48
Azərbaycan Ordusunun hərbi qulluqçusu Zöhrabov İlkin Ramin oğlu vəfat edib.

"Report"un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib ki, hadisə martın 22-də baş verib.

İ.Zöhrabovun nəşi doğulduğu Masallı rayonunun Ərkivan kənd qəbiristanlığında torpağa tapşırılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 20-də imzaladığı sərəncama əsasən, əsgər Zöhrabov İlkin Ramin oğlu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib. O, Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə təltif olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top