Erməni politoloq: "İlham Əliyev Ermənistanı təhdid edir, Nikol isə key kimi baxır"

QARABAĞ 06 mar 2021, 15:20
“Azərbaycanın Prezidenti açıq şəkildə Ermənistanı təhdid edir, bizə gülür, lağa qoyur, alçaldıcı açıqlamalar verir. Ölkəmizin baş naziri kürsüsünü işğal edən şəxsin isə səsi çıxmır”.

Demokrat.az xəbər verir ki, bu sözləri politoloq, Şirak Dövlət Universitetinin müəllimi Qaqik Ambaryan özünün facebook səhifəsində yazıb. O, daha sonra vurğulayıb:

“Belə davam edə bilməz. Xalqa xəyanət edən Nikolun kapitulyasiyaya xidmət edən xarici siyasəti sadəcə milli ləyaqətimizi tapdalayır, Ermənistanın varlığını təhlükə altına alır…”.

Qeyd edək ki, Prezident İlham Əliyevin “Ermənistan Zəngəzur dəhlizi ilə bağlı layihənin həyata keçirilməsinə mane olmaq istəyir. Ancaq bacarmayacaqlar. Onları məcbur edəcəyik” kimi açıqlamaları bu ölkədə ciddi müzakirələrə səbəb olub.(konkret.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top