"Belə getsə, biz qırılacağıq, ancaq varlılar yaşayacaq" — Rəşid Mahmudov

SOSİAL 03 mar 2021, 22:09
Xəbər verdiyimiz kimi, koronavirusa yoluxanların sayı yenidən artmaqdadır. İnsanlar yenidən sms icazə sisteminə keçə biləcəyimizə görə narahatdır. 

Moderator.az
-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov qarşıda pandemiyanın daha iki dalğasının olacağını bildirdi:

“Pandemiyanın iki dalğası keçib və qarşıda daha iki dalğası var və bu da olacaq. Bunu kimlər edir, anlamıram. Dünyanı sıfırlamaq istəyirlər. Çalışırlar ki, dünyada bir milyard yarımdan, iki milyarddan artıq insan yaşamasın. Dünyada yeddi milyard əhali var, bunların hamısını məhv etmək istəyirlər. Belə getsə, biz qırılacağıq, ancaq varlılar yaşayacaq.

Bu virus təkcə bizdə yox, bütün dünyada belədir. Bizdə isə insanlar bir nəfər kimi maska taxırlar. Düşünürəm ki, virusa yoluxanların sayı azalacaq və bu dalğadan da az itkiylə çıxacağıq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top