Ermənistanın ziyan vurduğu 6 minə qədər ailəyə yardım göstərilib

SOSİAL 23 fev 2021, 18:52
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə vurduğu ziyana görə ödənilən yardımın verilməsi ilkin siyahı üzrə başa çatdırılıb.

Bunu Modern.az-ın sorğusuna cavab olaraq, Nazirlər Kabinetinin (NK) mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

Hökumət rəsmisinin sözlərinə görə, indiyə qədər ilkin siyahı üzrə -  5 914 ailəyə ilkin yardım verilib:

"Bu siyahıdan yalnız xaricdə olanlar və sənədləri düzəliş prosesində olan vətəndaşlar qalıb".

İ.Məmmədov deyib ki, əlavə texniki baxışın və müraciətlərin araşdırılması nəticəsində daha 5 mindən artıq ailəyə də ilkin yardım verilməsi nəzərdə tutulur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top