Ermənistan ordusunda fərarilik edən hərbçilərin sayı bilindi — RƏSMİ + VİDEO

QARABAĞ 11 fev 2021, 15:05
Azərbaycanın 44 günlük Vətən müharibəsində Ermənistana vurduğu ziyanın miqdarı əhəmiyyətli dərəcədə böyükdür. Bura Ermənistanın ordusunun məhv edilməsi, iqtisadiyyatının işğalçı siyasətin nəticəsi olaraq çökməsi və əhalisinin acınacaqlı vəziyyətə düşməsi daxildir.

Demokrat.az xəbər verir ki, Milli Ordumuz şanlı qələbə sayəsində işğal altında olan torpaqlarımızın azad edilməsindən əlavə Ermənistanın ordusunu çarəsiz qoyub. Ermənistan ordusunun tərkibində işğal altındakı torpaqlarda xidmət apararkən əsgərlər ən pis halda zərərsizləşdirilir, ən yaxşı halda isə fərariliyi seçirdilər.

Rəsmi məlumatlar onu göstərir ki, Ermənistanda fərarilik faktları ilə əlaqədar açılan cinayət işlərinin sayı 10 mini keçib. Bu barədə Ermənistanın “Joxovurd” qəzeti də yazıb. Qəzetin yazdığına əsasən, müstəntiqlər insanların ifadələrini qanuni baxımdan necə qiymətləndirəcəyini bilmirlər.

“Onlar asanlıqla müharibəyə getdilər, ancaq alovlar göydən tökülürdüsə və dostları gözlərinin önündə külə çevirilirdisə, nə etməliydilər? Başqa seçimimiz yox idi, xilas olmaq üçün qaçmalı idik”, - deyə qəzet ermənilərin etiraflarını yazır.

Ermənistan mətbuatının qələmə aldığı bu fakt onu göstərir ki, ermənilər Azərbaycan ordusu ilə müharibəyə girməkdən qorxublar və çıxış yolunu yalnız fərarilik etməkdə görüblər. Bu, onu göstərir ki, Ermənistan ordusu ətrafında yaradılan “güclü” və “məğlubedilməz” ifadəsi sadəcə mif və yalandan başqa bir şey olmayıb. 44 gün ərzində Azərbaycan Ordusu qarşısında ağ bayraq qaldıran və dabanına tüpürərək qaçmağı seçən Ermənistan ordusu yaratdığı mifin yalan olmasını bununla təsdiq etmiş olub.(baku.ws)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top