Bakıda maşında sıxılıb qalan sürücü belə çıxarıldı — VİDEO

HADİSƏ 08 fev 2021, 19:20
Bakıda yol qəzası baş verib.

“Report”un xəbərinə görə, hadisə fevralın 8-i saat 17 radələrində Səbail rayonu ərazisində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı 99-JU-480 dövlət nömrə nişanlı yük avtomobili yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza nəticəsində sürücü yük avtomobilində deformasiyaya uğrayaraq sıxılmış vəziyyətdə qalıb.

Daha sonra qəza barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə müraciət edilib. Əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb edilib.

Əməliyyat zamanı sürücü çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top