Sumqayıtdakı sanatoriyada güclü yanğın — Ölən var

HADİSƏ 08 fev 2021, 10:58
Sumqayıtda məcburi köçkünlərin məskunlaşdığı "Şəfa" sanatoriyasında yanğın baş verib.

Demokrat.az xəbər verir ki, yanğın sanatoriya binasındakı mənzillərin birində meydana gəlib. Dərhal əraziyə yanğınsöndürənlər cəlb olunub və alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.

Yanğın zamanı binada olan məcburi köçkünlər təhlükəsiz əraziyə təxliyə edilib.

Hadisə nəticəsində yanıq xəsarətləri alan, sakin, 1972-ci il təvəllüdlü Əhmədov Məzahir Nuşirəvan oğlunu xilas etmək mümkün olmayıb.

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top