AFFA “Səbail” və “Kəpəz“i cərimələdi

İDMAN 04 fev 2021, 20:04
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Demokrat.az AFFA-nın saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan kubokunun 1/4 final mərhələsinin oyunları ilə bağlı qərarlar verilib.

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Sumqayıt” - “Səbail” oyununda qonaq komanda stadiona gələrkən gecikdiyi üçün klub 800 manat cərimə olunub.

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Keşlə” - “Kəpəz” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top