Gülay Zeynallı: "Qızım deyir ki, ana, səsin başıma düşür" — VİDEO

ŞOU-BİZNES 03 fev 2021, 20:12
Müğənni Gülay Zeynallı “10-da görüşək” proqramında qızı Sahilədən danışıb.

Axşam.az xəbər verir ki, sənətçi aparıcı Samir Bayramlının “Övladının müğənni olmasını istəyərsən?” sualını cavablandırıb.

O bildirib ki, Sahilə onun ifalarını dinləmir:

“Qızımın xarici dillərə daha çox həvəsi var. Evdə heç mahnı da oxumur. Hətta mən məşq edəndə deyir, ana, səsin başıma düşür. Daha çox xarici musiqilərə qulaq asır. Hətta zövqlü, insanın ruhuna təsir edən ifaları dinləyir”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top