İcra Hakimiyyəti FHN-i təkzib etdi — “İki fərdi yaşayış evi zərər görüb”

HADİSƏ 28 yan 2021, 23:56
“Badamdar qəsəbəsində torpaq sürüşməsi əvəəl baş verdiyi ərazidə aktivləşib. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov və rayon Polis İdarəsinin rəisi, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları  və digər aidiyyəti qurumların nümayəndələri dərhal hadisə yerinə gəliblər”.

Demokrat.az xəbər verir ki, bunu APA-nın hadisə yerində olan müxbirinə açıqlamasında Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Şıxəmmədov bildirib.

Onun sözlərinə görə, ilkin müşahidə zamanı məlum olub ki, 1 ictimai iaşə obyekti, 2 fərdi yaşayış evi zərər görüb. Həmin evlərdə yaşayan sakinlər dərhal təxliyə edilib:

“Eyni zamanda sürüşmə zamanı torpaq altında 1 minik avtomobili qalıb. Xoşbəxtlikdən heç bir tələfat yoxdu”.

Fövqəladə Hallar Nazirliyi (FHN) Badamdarda baş verən sürüşmə ilə bağlı yaydığı məlumatda yaşayış evlərinə ziyan dəymədiyini açıqlayıb.

FHN-nin məlumatını aşağıdakı linkdən oxuya bilərsiniz:
https://demokrat.az/az/news/66544/fhn-den-badamdarda-bas-veren-surusme-ile-bagli-aciqlama-foto

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top